Ordu.az xəbər verir ki, bu barədə qurumun bəyanatına istinadən “Əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Süleyman əl-Teynəvi Suriyada “Hizbullah” liderləri ilə bir sıra qruplaşmalar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verməyə kömək edib. Bundan əlavə, Suriyanın yeni hökumətinin fikrincə, əl-Teynəvi mülki şəxslərə qarşı hərbi cinayətlər törətməkdə iştirak edib.
DİN-in məlumatına görə, iş istintaqın və hüquqi prosedurların başa çatdırılması üçün prokurorluğa verilib.
Ordu.az