Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Bu görüşdə iki ölkənin ekspertləri ixtisaslaşmış işçi qrupları çərçivəsində ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçirəcək və mövcud maneələri aradan qaldıraraq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində arzu olunan gələcək tərəfdaşlıq əlaqələrinə nail olmaq üçün 20 illik yol xəritəsini hazırlayacaqlar”, - o yazıb.
K.Cəlali qeyd edib ki, aprelin 23-25-də keçiriləcək görüşdə Rusiyanın energetika naziri Sergey Tsivilyev və İranın neft naziri Möhsün Paknejad iştirak edəcək.
Ordu.az