Litva Rusiya ilə sərhədi gücləndirəcək

2022/09/sdfsd-1663100379.jpg
Oxunub: 616     17:01     22 Aprel 2025    
Litva Rusiya ilə sərhəddə (Kalininqrad vilayəti istiqamətində) infrastrukturu gücləndirəcək.

Ordu.az xəbər verir ki, bu bəyanatla ölkənin daxili işlər naziri Vladislav Kondratoviç çıxış edib.

“Geosiyasi çağırışları nəzərə alsaq, müasir texnologiyalardan istifadə etməklə sərhədyanı infrastrukturun gücləndirilməsinə zərurət var. Videomüşahidə vasitələrinin yenilənməsinə 16 milyon avro ayıracağıq”, - deyə litvalı nazir bildirib.

Bundan əvvəl “Politico”da nəşr olunmuş məqalədə deyilirdi ki, Litva Rusiyanın Avropa İttifaqı və NATO-ya potensial hücumlarından qorunmaq məqsədilə Suvalk dəhlizini (Litva ilə Kalininqrad və Belarus arasında olan məkan) müasirləşdirməyi və gücləndirməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Rusiya  


Bizi "telegram"da izləyin