İran sanksiyaların ləğvi müqabilində nüvə proqramını daha şəffaf etməyə hazırdır

2025/04/1745313262.jpg
Oxunub: 483     13:07     22 Aprel 2025    
İran hakimiyyəti sanksiyaların ləğvi müqabilində nüvə proqramını daha şəffaf etməyə hazırdır.

Ordu.az SNN TV-yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacərani bu gün keçirilən mətbuat konfransında bildirib.

"Biz sanksiyaların ləğvi müqabilində nüvə proqramına daha çox etimad yaratmağa çalışacağıq", - o qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi ölkə vətəndaşlarının rifahına müsbət təsir göstərəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Sanksiya  


Bizi "telegram"da izləyin