Ordu.az xəbər verir ki, 40 təyyarə üçün qiymət təklifini Türkiyəyə çatdıran Britaniya müqavilənin yaxın aylarda imzalanacağını gözləyirdi.
İndi bütün diqqətlər Almaniyada rəhbərlik dəyişikliyinə yönəlib.
Britaniyanın “The Times” qəzeti iki ölkə arasındakı gərginliyi gündəmə gətirib.
Britaniya mətbuatının yazdığına görə, Berlin Türkiyəyə “Eurofighter” qırıcılarının satışına veto qoyub. İddialara görə, bu qərar Britaniyadakı Starmer hökumətini qəzəbləndirib.
Xristian Sosial Demokrat Fridrix Mersin başçılıq etdiyi və yaxın günlərdə vəzifəyə başlaması nəzərdə tutulan koalisiya hökumətinin proqramına silah satışı və transferi proseslərində, xüsusilə NATO müttəfiqlərinə daha sürətli və çevik davranmaq qərarları, Almaniyanın müdafiə sənayesi ixracını təşviq edən maddələr daxildir.
Hər hansı “Eurofighter” satışı proqram üzvləri Almaniya, Britaniya, İspaniya və İtaliyadan icazə tələb edir.
“The Times” yazır ki, London Türkiyəni NATO-nun mühüm müttəfiqi və Avropanın təhlükəsizliyi üçün kritik bir ölkə kimi görür.
Şolts hökumətinin səlahiyyət müddəti mayın əvvəlində bitir. Mers Almaniyanın yeni kansleri olacaq. Mersin “Eurofighter”in Türkiyəyə satışını təsdiqləyə biləcəyi təxmin edilir.
Sevinc Əliyeva
Ordu.az