Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında artilleriya atışları həyata keçirir

2025/04/1745299770.jpg
Oxunub: 462     09:28     22 Aprel 2025    
Cənubi Koreya silahlı qüvvələrinin artilleriya bölmələri iki Koreya dövləti sərhədi yaxınlığında təlim-məşq atışları həyata keçiriblər.

Ordu.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib.

Məlumata əsasən, təlimlər bazar ertəsi Seuldan təxminən 30 km şimal-qərbdə İmjin sərhəd çayı ərazisində baş tutub.

Bildirilib ki. 12 K9A1 və altı K55A1 özüyeriyən haubitsadan istifadə edilib, bu artilleriya silahından 60-a yaxın mərmi atılıb.

Qeyd edək ki, 2024-cü ilin iyununda Cənubi Koreya Şimali Koreayanını sərhəd üzərindən kütləvi şəkildə zibil balonları atması səbəbindən gərginliyi azaltmaq üçün 2018-ci ildə Koreyalararası paktını dayandırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin