Türkiyə rabitə peykləri istehsal edən ölkələr sırasına qoşulur - Ərdoğan

2025/04/1745299094.jpg
Oxunub: 6242     02:11     22 Aprel 2025    
80 faizindən çox yerli ehtiyat hissələrinə malik TÜRKSAT 6A peyki ilə Türkiyə öz rabitə peyklərini istehsal edə bilən 11 ölkədən biri oldu.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk rabitə peyki Türksat 6A-nın orbitə buraxılması mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, "Türksat 6A" peykinin yaradılması “iyirmi illik intensiv və gərgin işin” nəticəsidir. "Bu inqilabi layihə ilə Türkiyə artıq milli peyk rabitə platformasına malik oldu", - deyə o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Türksat 6A peykinin istifadəyə verilməsi ilə Türkiyə peyklərinin auditoriya əhatəsi 3,5 milyarddan 5 milyard nəfərə yüksələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin