Qəzza zolağında 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdır

2025/04/1745298581.jpg
Oxunub: 505     09:45     22 Aprel 2025    
Qəzza zolağında və İordan çayının Qərb sahilində müharibənin eskalasiyası baş verir.

Ordu.az Fələstinin informasiya agentliyi WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin hesabatında deyilib.

Qeyd olunub ki, atəşkəsin pozulduğu 18 mart 2025-ci ildən bəri Qəzza zolağında 1 827 fələstinli öldürülüb, daha 4 828 nəfər yaralanıb.

Bundan başqa, 420 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.

“Səhiyyə sistemi çöküb, çörəkxanalar bağlanıb və 2 milyon fələstinli hazırda Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılıdır”, – hesabatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Humanitar-yardım  


Bizi "telegram"da izləyin