Avropa Şurasının Baş katibi Türkiyəyə səfər edəcək

2025/04/1745297669.jpg
Oxunub: 664     03:35     22 Aprel 2025    
Avropa Şurasının Baş katibi Alen Berse aprelin 22-də Türkiyəyə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“Avropa Şurasının Baş katibi Alen Berse 22 aprel 2025-ci il tarixində ölkəmizdə rəsmi səfərdə olacaq”, – xarici siyasət idarəsinin mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, daha əvvəl Berse Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası   Türkiyə  


Bizi "telegram"da izləyin