Ordu.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində Portuqaliya HHQ “C-390 Millennium” nəqliyyat təyyarəsini kəşfiyyat, müşahidə və aşkarlama üçün uyğunlaşdırmaq məqsədilə “Embraer” və Braziliya Hərbi Hava Qüvvələri (FAB) ilə birgə tədqiqatlarda iştirak etmək qərarını rəsmən elan edib.
Mərasimdə işlənmə mərhələsində olan modulyar “roll-on/roll-off ISR” sisteminin konseptual təsviri təqdim olunub.
Sözügedən sistem təyyarənin mövcud çox missiya imkanlarını qoruyaraq, ISR imkanları əldə etməsini təmin etmək üçün nəzərdə tutulub. ISR qabiliyyətinə malik yeni variant rəsmi olaraq C-390 IVR adlandırılıb.
İnkişaf prosesi mövcud əməliyyat və logistika sistemlərinə uyğun şəkildə həyata keçirilir. Xüsusilə dəniz patrulu və ISR missiyaları üçün C-390 nəqliyyat təyyarəsinin potensial uyğunlaşmaları üzrə strukturlaşdırılmış tədqiqatlar davam edir.
Sevinc Əliyeva
Ordu.az