Rusiya Şimali Koreya istehsalı olan YARS-dan istifadə edir

2025/04/2025--1745225279.jpg
Oxunub: 718     16:46     22 Aprel 2025    
Rusiyanın Ukraynaya qarşı Şimali Koreya istehsalı olan Yaylım Atəşli Reaktiv Sistemlərindən (YARS) istifadə etdiyi təsdiqlənib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ukraynalı jurnalist Yuri Butusovun reportajında Rusiya ordusuna aid anqarın içərisində Şimali Koreya istehsalı olan 240 mm-lik M1991 YARS-ını əks etdirən videogörüntülər yayımlanıb.

“Defence Blog”un məlumatına görə, Şimali Koreya istehsalı olan YARS-ların Rusiyada görünməsi uzun müddət idi ki, kəşfiyyat tərəfindən bildirilirdi.

Bundan əlavə, M1991 YARS-ının Rusiyada istifadəsinin ilk video təsdiqi kimi çatdırılan görüntülərdə sistemin modernləşdirilərək sahəyə buraxıldığı qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin