İsveç və Sinqapur quru sistemləri üzrə əməkdaşlıq edəcək

2025/04/1745224656.jpg
Oxunub: 451     13:36     22 Aprel 2025    
İsveç və Sinqapur müdafiə sənayesində texnologiyaya əsaslanan əməkdaşlığı dərinləşdirmək üçün yeni bir addım atıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsveç Müdafiə Materialları İdarəsi (FMV) və Sinqapur Müdafiə Elm və Texnologiya Agentliyi (DSTA) quru sistemləri sahəsində uzunmüddətli birgə tədqiqatların aparılmasına dair müqavilə imzalayıb.

Razılaşma Sinqapur Müdafiə Texnologiyaları Sammiti çərçivəsində keçirilən xüsusi mərasimdə rəsmiləşdirilib. Mərasimdə iki ölkənin müdafiə və texnologiya sahələrində yüksək səviyyəli nümayəndələri də iştirak edib.

DSTA-nın əməliyyatlar üzrə baş direktorunun müavini Roy Çan bildirib ki, əməkdaşlıq hər iki ölkəyə texnoloji bilikləri paylaşmağa və müdafiə imkanlarını artırmağa kömək edəcək.

“FMV ilə bu tərəfdaşlıq iki ölkə arasında əməkdaşlıq üçün daha əhatəli yollar açacaq. Texniki təcrübə mübadiləsi ordularımızı gələcək təhlükəsizlik təhdidləri ilə qarşılaşmağa daha yaxşı hazırlaşdıracaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Sinqapur  


Bizi "telegram"da izləyin