Alyaskada yerləşdirilmiş COBRA DANE radar sisteminə əməliyyat dəstəyi davam etdiriləcək

2025/04/1745224599.jpg
Oxunub: 613     20:35     22 Aprel 2025    
ABŞ-də yerləşən müdafiə texnologiyaları şirkəti “V2X Inc.” Alyaskada yerləşdirilmiş COBRA DANE radar sisteminin texniki xidmətini və əməliyyat dəstəyini davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu çərçivədə şirkət 62 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Sözügedən radar ABŞ Kosmik Qüvvələrinin inventarında ən qabaqcıl müşahidə sistemlərindən biri kimi seçilir.

Hündürlüyü 36 metr və çapı 29 metr olan mərhələli sıra anten səthinə malik sistem 3200 kilometr məsafəyə qədər ballistik raketləri və kosmik obyektləri aşkar edə bilir.

COBRA DANE xüsusilə ballistik raket əleyhinə müdafiə və kosmik sahə məlumatlılığı baxımından strateji əhəmiyyətə malikdir.

Radar sistemi orbitdəki peyklərin və kosmik tullantıların izlənilməsini əhatə edən davamlı monitorinq missiyaları ilə ABŞ-nin milli təhlükəsizlik infrastrukturunun tərkib hissəsi kimi xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alyaska   COBRA-DANE  


Bizi "telegram"da izləyin