Ordu.az xəbər verir ki, müqavilə 2027-2032-ci maliyyə illərini əhatə edir və ümumilikdə 54 missiya nəzərdə tutulur.
Bu çərçivədə:
“SpaceX” 28 buraxılış üçün təxminən 5,9 milyard dollar,
ULA 19 buraxılış üçün 5,3 milyard dollar,
“Blue Origin” isə 7 buraxılış üçün 2,3 milyard dollar alacaq.
“SpaceX”in buraxılışları “Falcon 9” və “Falcon Heavy”, ULA-nın isə yeni “Vulcan Centaur” raketi ilə həyata keçiriləcək. “Blue Origin”in iştirak edəcəyi buraxılışlar “New Glenn” raketi ilə reallaşacaq, lakin bu raketin hələlik tam sertifikatlaşdırma mərhələsində olduğu və ikinci sınaq uçuşunun 2025-ci ilin yazında planlaşdırıldığı bildirilib.
Bu müqavilələr ABŞ-nin orbitə təhlükəsiz çıxışını təmin etmək, peyk buraxılışı imkanlarını artırmaq və kosmik sənayenin kommersiya potensialını stimullaşdırmaq məqsədi daşıyır. ABŞ Kosmik Qüvvələri 2027-2032-ci illər arasında ümumilikdə 84 buraxılış planlaşdırır. Bu rəqəm əvvəlki beş illə müqayisədə təxminən ikiqat artım deməkdir.
Maraq doğuran məqam isə “SpaceX” CEO-su İlon Mask tərəfindən edilən sosial media paylaşımı olub. Mask bildirib ki, bütün missiyaların 60%-ni qazanmaq ədalətli görünə bilər, lakin rəqiblər bu gün üçün qalan 40%-i belə yerinə yetirə biləcək səviyyədə deyillər. Bu açıqlama sənayedəki rəqabətin nə qədər qızğın olduğunu göstərir.
Bütün bu buraxılışlar iki əsas kateqoriyada təşkil olunacaq:
Ticarət yönümlü missiyalar – burada yeni texnologiya təminatçılarına imkan verilir;
Yüksək təhlükəsizlik və performans tələb edən missiyalar – bu sahədə yalnız tam sertifikatlı və təcrübəli şirkətlər fəaliyyət göstərə bilər.
“SpaceX”, ULA və “Blue Origin” hər iki kateqoriyada iştirak hüququ əldə edən yeganə şirkətlərdir.
Sevinc Əliyeva
Ordu.az