Türkiyə XİN: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

2024/10/1730188236.jpg
Oxunub: 437     13:33     30 Mart 2025    
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: “Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək”.

Vurğulanıb ki, hökumətin qurulması Suriyanın siyasi keçid prosesini irəlilətmək iradəsini nümayiş etdirir. Rəsmi Ankara bu qərarı məmnunluqla qarşıladığını diqqətə çatdırıb.

Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə öz xalqını təbrik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   Suriya  


Bizi "telegram"da izləyin