Tramp Administrasiyası Sülh İnstitutunun yüzlərlə əməkdaşını işdən çıxarıb

2025/03/1743235263.jpg
Oxunub: 495     04:39     30 Mart 2025    
Tramp Administrasiyası ABŞ Sülh İnstitutunun yüzlərlə əməkdaşını işdən çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisar həyata keçirib.

Nəşrin məlumatına görə, 200-300 işçi ixtisar barədə bildiriş alıb. Bəzilərinə işdən çıxarılmalarına etiraz etməmək üçün müavinət və ya uzadılmış tibbi sığorta təklif edilib. Ümumilikdə institutda 600-ə yaxın işçi işləyir və filialları Ukrayna, Filippində və Afrikada fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Administrasiya   Sülh-İnstitutu  


Bizi "telegram"da izləyin