Dünyada baş verən raket buraxılışlarını aşkar edərək, erkən xəbərdarlıq edən sistem - SBIRS

2025/03/sdss-1743153047.jpg
Oxunub: 641     19:49     23 Aprel 2025    
Kosmos Əsaslı İnfraqırmızı Sistem (SBIRS) dünyada baş verən raket buraxılışlarını aşkar edərək, erkən xəbərdarlıq edən sistemdir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri yazıb.

Nəşr qeyd edib ki, bundan əlavə, SBIRS ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hazırlanmış, uzun illər raket buraxılışları və nüvə partlayışlarını aşkar etmək üçün istifadə edilən Müdafiəyə Dəstək Proqramını (Defense Support Program/DSP) əvəz edən, daha təkmil aşkarlama imkanları, yüksək dəqiqlik və çeviklik təmin etmək üçün nəzərdə tutulmuş erkən xəbərdarlıq sistemidir.

Müəllif vurğulayıb ki, SBIRS raketdən müdafiəni, eləcə də texniki kəşfiyyatı və döyüş məkanının xarakteristikasını dəstəkləyir.

“SBIRS bütün dünyada yerləşdirilən yerüstü sistemlərlə birlikdə müxtəlif sensorlar və köhnə DSP peyklərindən ibarətdir. Bu kontekstdə SBIRS proqramı ABŞ Kosmik Qüvvələri Kosmos Sistemləri Komandanlığının Uzaqdan Zondlama Sistemləri Müdirliyi tərəfindən idarə olunur. Üç şirkət - “Lockheed Martin”, “Northrop Grumman” və “Raytheon” dəstək sistem mühəndisliyi, kosmik gəmilərin inkişafı və yerüstü sistemlərə cavabdehdir”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SBIRS   Türkiyə  


Bizi "telegram"da izləyin