Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
Malayziya Daxili İşlər Nazirliyinin Baş katibi Datuk Avanq Alik bin Ceman 68,8 milyon dollar dəyərində MPMS-nin Malayziyanın dəniz mühafizə imkanlarının artırılmasında əhəmiyyətli bir aktiv olacağını deyib.
Bin Ceman açıqlamasında bildirib ki, Türkiyə və Malayziya arasında əməkdaşlıq hər iki ölkənin xarici gəmilərin ələ keçirilməsi və transsərhəd cinayətkar fəaliyyətlər də daxil olmaqla, getdikcə mürəkkəbləşən dəniz təhlükəsizliyi təhdidlərinin həllinə sadiqliyini nümayiş etdirir.
İmzalanma mərasimi Malayziya nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı baş tutub.
Açıqlamaya görə, gəminin uzunluğu 99 metrdir və 30 gün fasiləsiz işləmə qabiliyyətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az