“Teledyne FLIR” Səudiyyə Ərəbistanına 7,8 milyon dollarlıq sistem satacaq

2025/03/1743141932.jpg
Oxunub: 570     19:01     23 Aprel 2025    
“Teledyne FLIR Defence” Səudiyyə Ərəbistanındakı hərbi obyektə yeni nəsil Yüngül Vasitə Müşahidə Sistemləri (LVSS) tədarükü üçün “Middle East Task Company” (METCO) ilə 7,8 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqaviləyə missiyaya dəstək avadanlığı və təlim də daxildir.

LVSS platforması “TacFLIR 380HD” uzun mənzilli termal görüntüləmə sistemi və “Ranger R20SS” radarı ilə 10 mildən (16 km) kənar məsafələrdə 500-ə qədər obyekti izləyə bilir.

METCO, “Teledyne FLIR Defense” və “General Authority for Military Industries” (GAMI) layihə üzərində birgə işləyir, yerliləşdirmə işləri aparır.

Tədarüklərin 2025-ci ilin sonuna qədər həyata keçiriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Teledyne-FLIR   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin