Ordu.az xəbər verir ki, bu barədə “Euronews Türk” məlumat yayıb.
Federal Şura (Bundesrat) qanun layihəsini üçdə ikidən çox səslə dəstəkləyib və bu, ölkənin borclanma qaydalarında əsaslı islahatlara yol açıb.
Qanun ölkənin konstitusiyada təsbit olunmuş fiskal qaydalarını dəyişdirərək, hökumətə hərbi xərcləri kəskin şəkildə artırmağa imkan verəcək.
Bundan əlavə, növbəti 12 il ərzində infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün 500 milyard avro dəyərində xüsusi fond yaradılacaq.
Qanun layihəsi Bundestaqın dəstəyini aldıqdan sonra qanuna çevrilmə yolunda son parlament maneəsi olan Federal Şura (Bundesrat) ilə üzləşir.
Sevinc Əliyeva
Ordu.az