Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bir çox mənbə CNN-ə bildirib ki, Tramp bütün ABŞ-ni müdafiə edə bilən hava hücumundan müdafiə sisteminin strateji məna kəsb etməyəcəyini iddia edib.
“Qızıl Günbəz” Tramp administrasiyasının İsrailin “Dəmir Günbəz” sisteminə bənzər raketdən müdafiə sistemi yaratmaqla bağlı qeyri-müəyyən planlarını rebrendinq etmək cəhdidir”, - deyə məlumatda qeyd edilib.
Müdafiə Nazirliyinin (Pentaqon) büdcələri azaltmağa çalışdığına diqqət çəkən xəbərdə Tramp administrasiyası bu sistemi maliyyələşdirmək üçün 2026-2030-cu illər büdcəsinə yeni bir xərc əlavə etdiyi üçün tənqid edilib.
Sevinc Əliyeva
Ordu.az