Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Pistorius ABŞ ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı şübhələrə meydan oxuyaraq, ölkənin NATO strategiyasının bir hissəsi olaraq F-35 proqramını davam etdirəcəyini bildirib.
F-35 proqramının sənayelər arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayan Pistorius qeyd edib: “Bu, çoxmillətli bir layihədir. F-35-in əsas hissələri ABŞ xaricində istehsal olunur”.
O, Almaniyada istehsalla “Rheinmetall” şirkətinin məşğul olduğunu vurğulayıb.
Nazir inkişaf mərhələsində 8 ölkənin iştirak etdiyini, 14 NATO ölkəsi və ümumilikdə 20 ölkənin hazırda F-35-lərdən istifadə etdiyini və ya istifadə etməyi planlaşdırdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az