KİV: Fransada gənc məktəbdən çıxarkən öldürülüb

2025/03/1742880329.jpg
Oxunub: 548     04:27     25 Mart 2025    
Cinayətkarlar Paris yaxınlığındakı Eson departamentində məktəbdən çıxan 17 yaşlı gənci öldürüblər.

Ordu.az xəbər verir ki, bu barədə Evri kommunasının (departamentin inzibati mərkəzi) prokuroru Qrequar Dyulenə istinadən "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, gənc yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə saat 20:00) bıçaqla qətlə yetirilib.

Hadisə ilə əlaqədar 6 nəfər saxlanılıb, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İlkin istintaq məlumatlarına görə, gənc “küçə dəstələri arasında qarşıdurma zamanı” öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Cinayət  


Bizi "telegram"da izləyin