Dövlət Departamenti: Rusiya və Ukrayna münaqişənin həllinə yaxındır

2025/03/86456-1742879967.jpg
Oxunub: 16037     02:05     25 Mart 2025    
Hazırda tərəflər Qara dəniz məsələsi də daxil olmaqla Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxındırlar və bundan sonra gələcək mövzuların müzakirəsinə başlaya biləcəklər.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indi olduğumuz qədər yaxın olmamışıq", - Temmi Bryus deyib. O, ABŞ-nin Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birlikdə işlədiyini bildirib.

Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin