İsrail Hərbi Hava Qüvvələri Qəzzadan atılan iki raketi zərərsizləşdirib

2025/03/1742879686.jpg
Oxunub: 459     00:59     25 Mart 2025    
Qəzza zolağından olan radikallar İsrailə iki raket atıb, İsrail Hərbi Hava Qüvvələri onları zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağından İsrail ərazisinə gələn iki raketi zərərsizləşdirib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Qəzza zolağına bitişik yaşayış məntəqələrində hava hücumu həyəcanı elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHQ   Qəzza  


Bizi "telegram"da izləyin