Tramp Venesueladan neft və qaz alan ölkələrə rüsum tətbiq edəcəyinə söz verib

2025/03/Tramp-1742018973.jpg
Oxunub: 576     19:39     24 Mart 2025    
Aprelin 2-dən ABŞ Venesueladan neft və ya qaz alan ölkələrin mallarına 25 faiz rüsum tətbiq edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Venesueladan neft və/və ya qaz alan hər bir ölkə ABŞ-yə ölkəmizlə etdiyi hər hansı ticarətdə 25 faiz rüsum ödəməli olacaq", - deyə o bildirib.

Amerika liderinin sözlərinə görə, Vaşinqton bu addımı bir sıra səbəblərə, o cümlədən Venesuela mühacir adı altında ABŞ-yə “on minlərlə cinayətkarı” göndərilməsinə görə atır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Venesuela  


Bizi "telegram"da izləyin