Ukrayna deputatı Trampın nümayəndəsinin danışıqlar proesindən uzaqlaşdırılmasını tələb edib

2025/03/-084a-1742819775.jpg
Oxunub: 501     16:27     24 Mart 2025    
“ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar prosesindən uzaqlaşdırılmalıdır”.

Ordu.az “strana.ua”ya istinadən xəbər verir ki, bu təkliflə Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko çıxış edib.

O, həmçinin S. Uitkoffun Taker Karlsona müsahibəsində ölkəsi ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

“Uitkoffun fikirləri təkcə utanc, eləcə də təəssüf doğurmur, həm də onun bacarıqsız və savadsız olmasından xəbər verir. Mən soruşmaq istəyirəm ki, o Trampın, yoxsa Putinin nümayəndəsidir? Onun açıqlamaları bizdə həm də şok effekti yaradıb”.

Qeyd edək ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi S. Uitkoff müsahibəsində Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə fikirlər səsləndirib:

“Ukraynanın ölkəmizi III Dünya müharibəsinə sürükləməsinə imkan verə bilmərik. Bu, mənim yox, Prezident Donald Trampın fikirləridir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin