Ər-Riyadda Ukrayna-ABŞ danışıqlarının daha bir raundu keçiriləcək

2025/03/1741684050.jpg
Oxunub: 506     14:17     24 Mart 2025    
Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərin yeni təfərrüatlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, Ukrayana Prezidenti Ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko “Vahid xəbərlər” marafonunun efirində Ər-Riyadda texniki danışıqların baş tutduğunu bildirib.

"Bunlar texniki danışıqlardır. Adətən, danışıqlar bir gün çəkmir. Bəzən onlar aylar çəkir və bəzi danışıqlar, məsələn, Yaxın Şərq nizamlanması, illərdir davam edir, ona görə də mən bu danışıqların buna bərabər olmasını istəmirəm. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və hər görüş ictimai bəyanatlarla bitmir", - Leşşenko qeyd edib.

O, əlavə edib ki, Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü iki mövzuya aid olub.

Ukrayna-ABŞ danışıqlarının daha bir raundu olacaq

Zelenskinin ofisi ABŞ ilə danışıqların daha bir raundunun keçiriləcəyini təsdiqləyib.

Qeyd olunub ki, Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra ABŞ ilə əlavə məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanında qalmağa davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin