Britaniya ordusunda Starmerin Ukraynaya qoşun göndərmək planlarını dəstəkləmirlər

2025/02/1740717689.jpg
Oxunub: 2870     08:23     24 Mart 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukraynada sülhməramlı “istəklilər koalisiyası”nın yerləşdirilməsi planları Britaniya ordusunun komandanları tərəfindən dəstəklənmir.

Ordu.az xəbər verir ki, bu barədə “Telegraph” yüksəkrütbəli hərbi mənbələrə istinadən məlumat yayıb.

“Aydın məqsədlər, strategiya və ya koalisiyanın necə fəaliyyət göstərəcəyi barədə anlayış yoxdur. Starmer təfərrüatları işləmədən qoşunların yerləşdirilməsi barədə bəyanatlar verməkdə tələsib”, – nəşrin müsahiblərindən biri deyib.

Onun sözlərinə görə, diqqət aviasiya və donanmaya yönəlib, çünki onları Ukrayna ərazisində qüvvələr yerləşdirmədən istifadə etmək daha asandır.

Mənbələr qeyd ediblər ki, nə ABŞ, nə də Rusiya təşəbbüsü dəstəkləyir.

“Missiyanın legitimliyi yoxdur. O necə donanacaq? Döyüş əməliyyatlarının aparılması qaydaları nədir? Bunu heç kim bilmir”, – hərbi ekspert əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin