Karni Kanadanın suverenliyini tanıması şərti ilə Trampla dialoqa başlaya biləcəyini deyib

2025/03/1741583545.jpg
Oxunub: 1170     00:12     24 Mart 2025    
Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub.

"Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir", - Karni jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karni   Kanada  


Bizi "telegram"da izləyin