KİV: Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib

2024/08/1723708191.jpg
Oxunub: 603     23:24     23 Mart 2025    
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov teleqramda bildirib.

Kəndin havadan aktual videogörüntüsünü paylaşmış bloqçu Rusiya qoşunlarının ərazini tərk etdiyini açıqlayıb: “Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib <…> Onu saxlayanlar sadəcə olaraq onu atıb gediblər <…> Düşmən minatəmizləmə işləri apararaq keçid aça bilib, ərazini saxlayan qüvvələr bu anı buraxıblar. Vəssalam, düşmən buradadır”.

Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum edən USQ regionun təqribən min kvadratkilometr sahəsini, o cümlədən Suca rayonunun eyniadlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belqorod   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin