Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff açıqlama verib.
"Düşünürəm ki, martın 24-də Səudiyyə Ərəbistanında, xüsusən də Qara dənizdə atəşkəslə bağlı real irəliləyiş olacaq. Bundan sonra təbii olaraq tam atəşkəsə doğru hərəkət ediləcək", – deyə o bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə məsləhətləşmələr keçiriləcək. Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
Ordu.az