Polşa Belarusla sərhədə əlavə 1,5 min sərhədçi cəlb edəcək

2024/11/1732940835.jpg
Oxunub: 499     17:51     23 Mart 2025    
Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün müəyyən ərazilərə əlavə sərhədçilər cəlb edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri Tomaş Siemonyak “X”dəki səhifəsində yazıb.

“Biz Polşa-Belarus sərhədini qoruyuruq. Fiziki hasarın möhkəmləndirilməsindən və elektron maneəni genişləndirdikdən, bufer zonası təşkil etdikdən və qanunsuz konduktorlarla amansızcasına mübarizə apardıqdan sonra, biz tezliklə yeni sərhəd xəttinin tikintisinə başlayacağıq”, - nazir bildirib.

Onun sözlərinə görə, bu il 500 işçi, sonra isə daha 1000 nəfər işə götürüləcək.

Nazir əlavə edib ki, hazırda Polşanın şərq sərhədində ümumilikdə 11 min sərhəd mühafizəsi əməkdaşı, Polşa ordusunun hərbçiləri və polis əməkdaşları xidmət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin