Ordu.az xəbər verir ki, Avropa Müdafiə Fondu (EDF) çərçivəsində “Thales” 12 Avropa İttifaqına (Aİ) üzv ölkədə sənaye, tədqiqat mərkəzləri və universitetlərdən 23 tərəfdaşın daxil olduğu EISNET konsorsiumuna rəhbərlik edir.
Layihə Aİ-ni pilotsuz uçuş aparatı sürüləri və hipersəs raketləri kimi təhdidlərdən qorumaq üçün İnteqrasiya Edilmiş Hava və Raket Hücumundan Müdafiə (IAMD) sistemlərinin həssaslığını, çevikliyini və performansını artırmaq məqsədi daşıyır.
EDF, iştirakçı üzv dövlətlər və sənaye investisiyası tərəfindən birgə maliyyələşdirilən EISNET mövcud və gələcək IAMD sistemlərini inteqrasiya etmək üçün Avropa miqyasında əməkdaşlıq arxitekturasını inkişaf etdirəcək.
Avropa sənayesi, tədqiqat mərkəzləri və universitetlərindən 65 yüksək səviyyəli nümayəndəsini bir araya gətirən layihə 2025-ci ilin yanvarında başladılıb.
Sevinc Əliyeva
Ordu.az