“Yazmışdıq ki, son geosiyasi proseslərdən sonra Nikol Paşinyan “tərbiyəsiz oğul” kimi özünü yenidən Rusiyanın qucağına atmaq qərarına gəlib və bütün dövlət idarələrinə Rusiya ilə üfüqi idarələrarası əlaqələri, təmasları bərpa etməyi, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Nikol Paşinyan artıq Rusiya prezidentinin dəvətini qəbul edib və mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulan İknci Dünya müharibəsinin 80-ci ildönümünün qeyd edilməsində iştirak edəcək.
“Ermənistanda hakimiyyətin taleyinin Putinlə təmasdan müəyyənləşəcəyinə inanan Paşinyanın partiyası bu səfəri təngnəfəsliklə gözləyir. Ancaq Paşinyanı yaxından tanıyanlar hesab edirlər ki, o, İlham Əliyevə və Ərdoğana baş əyirsə, Putin qarşısında əyilməkdə çətinlik çəkməyəcək və yenidən rus qılıncı altına düşəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Hakimiyyət
Putin