Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu addım ATF-nin heyətinin sayını üçdə birdən çox azaldacaq.
Telekanalın məlumatına görə, ATF-də 2 600-ə yaxın agent və 5 000-dən çox işçi çalışır. Keçid bir neçə yüz ATF agentinin FTB daxilində sərhəd əməliyyatlarına təyinatı ilə başlayacaq. Sonradan köçürülən işçilərin sayı 1 000-ə çata bilər, baxmayaraq ki, köçürmənin tamamlanma müddəti müəyyən edilməyib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Patelə FTB-də islahatlar aparmağı tapşırıb. Daha sonra o, ATF-nin rəhbəri vəzifəsinin icraçısı təyin olunub və bu, qurumların mümkün qismən birləşməsi ilə bağlı fərziyyələrə səbəb olub.
FTB və Ədliyyə Nazirliyi vəziyyəti şərh etməkdən imtina edib.
Ordu.az