KİV: Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb

2025/03/1742705966.jpg
Oxunub: 1018     01:39     23 Mart 2025    
Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.

Ordu.az-ın məlumatına görə, bu barədə “Haberturk” telekanalı mənbələrə istinadən xəbər verib.

“Halk TV”nin məlumatına görə, İmamoğlu barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarının bazar günü səhər saatlarında çıxarılacağı gözlənilir. Oxşar bəyanatı Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl İstanbul meriyasının qarşısında keçirilən mitinqdə səsləndirib.

Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əkrəm-İmamoğlu   Dindirilmə  


Bizi "telegram"da izləyin