Keniyanın təyyarəsi Somali yaxınlığında qəzaya uğrayıb

2025/03/9c626-1742705699.jpg
Oxunub: 1274     01:01     23 Mart 2025    
Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.

İlkin məlumata görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə dörd nəfər olub.

Təyyarə Keniya sərhədi yaxınlığındakı Dobley şəhərindən Moqadişuya uçurmuş.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Somali   Qəza  


Bizi "telegram"da izləyin