Cənubi Sudanın şimal-şərqinə aviazərbə endirilib

2025/03/a87d5-1742705574.jpg
Oxunub: 1781     23:52     22 Mart 2025    
Cənubi Sudanın şimal-şərqindəki Yuxarı Nil ştatının Ulanq dairəsinə aviazərbə endirilib.

Ordu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Tamazuj” radiostansiyası məlumat yayıb.

Aviazərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Hansı obyektin bombalandığı açıqlanmır.

Qeyd edilir ki, bu həftə sözügedən aviazərbə ikinci olub.

Aviazərbə Cənubi Sudan ordusu ilə Yuxarı Nildəki Ağ Nuer Ordusu (WNA) arasında artan gərginlik fonunda qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Sudan   Aviazərbə  


Bizi "telegram"da izləyin