Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Bayraktar Kızılelma” Tekirdağ vilayətinin Çorlu rayonundakı Akıncı Uçuş Tədris və Sınaq Mərkəzindən “afterburner”i (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) açaraq havaya qalxıb.
İstehsal prototipi TC-OZB3 bort nömrəli PT3 ilə həyata keçirilən uçuşda sistemin müəyyənləşdirilməsi fəaliyyətləri və kəskin manevrlər uğurla tamamlanıb.
İnkişaf prosesində ilk prototiplərdən əldə edilən təcrübəyə uyğun olaraq istehsal prototipində struktur və avionik təkmilləşdirmələr aparılıb. İnteqrasiyası tamamlanan “afterburner”li mühərrik alternativi ilə sınaq uçuşu həyata keçirilib.
Yeni mühərriki ilə səs sürətinə yaxınlaşması gözlənilən “Bayraktar Kızılelma” aerodinamik təkmilləşdirmələr sayəsində daha yüksək sürətlərdə daha yaxşı manevr imkanı təqdim edəcək.
Bundan əlavə, AESA radarı ilə əldə edilən yüksək situasiya məlumatlılığı sayəsində çətin tapşırıqları yerinə yetirə biləcək.
Sevinc Əliyeva
Ordu.az