Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron Yuxarı Sonadakı “Luxeuil-Saint-Sauveur” aviabazasına səfəri zamanı ölkənin nüvə çəkindirmə qabiliyyətini yeniləyəcək ASN4G hipersəs nüvə raketinin 2035-ci ilə qədər bu bazaya yerləşdiriləcəyini açıqlayıb.
“Rafale F5” döyüş təyyarələrinin iki eskadrilyası da raketin istismara verilməsi üçün yerləşdiriləcək.
Bu addım Fransanın hava hücumundan müdafiə imkanlarının modernləşdirilməsinə dair daha geniş planın bir hissəsidir.
Plana əsasən, “Rafale” sifarişlərini sürətləndirmək və əməliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün 1,5 milyard avro sərmayə qoyulacaq.
Sevinc Əliyeva
Ordu.az