Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Biz effektiv şəkildə hədəfə alına bilərik. Mənim narahatlığım budur”, - deyə Martel qeyd edib.
Oktyabr ayında “Bombardier” 65 milyon dollarlıq müqavilə çərçivəsində səkkizinci təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verildiyini elan edib.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Kanada və Meksikadan idxala 25% rüsum tətbiq ediləcəyini və aprelin 2-dən etibarən sektora əsaslanan yeni tariflərin tətbiq ediləcəyini açıqlayıb.
Kanada Müdafiə Nazirliyi yeni Baş nazir Mark Karninin tələbi ilə ilk 16 ədəd F-35 döyüş təyyarəsi üçün maliyyə ayrıldığını, lakin “mühit dəyişikliyi” səbəbindən müqaviləyə yenidən baxıldığını açıqlayıb.
“Mən “Bombardier”i müdafiə etmək üçün buradayam, amma yeni Baş nazirin niyə bu sualları verdiyini başa düşürəm”, - deyə Martel qeyd edib.
O, sektorda ticarət müharibələrinin yaratdığı mürəkkəbliyə diqqət çəkib.
Sevinc Əliyeva
Ordu.az