Ordu.az xəbər verir ki, inkişafı “Boeing” şirkəti özünün rəsmi “X” platforması hesabında bir video postunda elan edib.
Sınaq uçuşunu başa vurduqdan sonra EX-09 qəbul sınaq mərhələsinə daxil olmazdan əvvəl rənglənəcək. Tamamlandıqdan sonra təyyarə “Oregon” Hava Milli Qvardiyasının 142-ci qanadına təyin ediləcək.
“Oregon” Hava Milli Qvardiyası hazırda birinci partiyadan olan EX-07 və EX-08 adlı iki F-15EX təyyarəsini idarə edir.
“Boeing” ABŞ Müdafiə Nazirliyinin bu qabaqcıl döyüş təyyarəsinə olan ehtiyaclarını qarşılamaq üçün üç partiyada 48 ədəd tədarük etmə müqaviləsi imzalayıb.
ABŞ-nin tələblərini yerinə yetirməklə yanaşı, “Boeing” İsrailə 25 ədəd F-15IA təyyarəsi çatdırmağa hazırlaşır.
İndoneziya bu il 24 ədəd F-15EX təyyarəsi üçün də müqavilə imzalayıb.
ABŞ Müdafiə Nazirliyinin təyyarə ilə bağlı etdiyi qiymətləndirmələr müsbətdir və hesabatlarda “F-15EX Eagle II”nin gözlənilən bütün əməliyyat tələblərinə cavab verdiyi ortaya çıxıb.
Təyyarənin qabaqcıl sistemləri, o cümlədən beşinci nəsil təyyarələri aşkar etmək qabiliyyəti xüsusilə seçilir.
Bu müsbət rəylərin daha çox sifarişə səbəb ola biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az