Ukraynanın SAMP-T raket ehtiyatı tükənmək üzrədir

2025/03/1742365026.jpg
Oxunub: 646     14:16     23 Mart 2025    
Ukraynanın İtaliya ilə Fransa tərəfindən tədarük edilən SAMP-T Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raketləri tükənmək üzrədir və batareyaların tezliklə yararsız hala düşəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” nəşri məlumat yayıb.

Məlumata görə, Kiyev son iki həftə ərzində İtaliya və Fransadan təcili olaraq əlavə “Aster-30” raketləri göndərməyi tələb edir.

Ukraynaya ən azı 50 raket lazımdır, lakin İtaliyanın ehtiyatı artıq aşağı həddə çatıb. Fransa daha böyük “Aster-30” raket ehtiyatına malikdir.

Hərbi ekspertlər Ukraynada SAMP-T sistemlərinin işləməsi ilə bağlı fikir ayrılığına malikdirlər. Bəziləri onların Rusiya ballistik raketlərinə qarşı mübarizədə ABŞ istehsalı olan “Patriot” sistemlərindən daha az effektiv olduğunu iddia edirlər.

Bununla belə, “Corriere della Sera” Rusiyanın intensiv bombardmanını nəzərə alaraq, istənilən HHM sisteminin dəyərli olduğunu və Ukraynanın öz raket ehtiyatını tez bir zamanda doldurmaq üçün yarışdığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   SAMP-T  


Bizi "telegram"da izləyin