Türkiyədə 2545 mavi beretli kursant çavuş komando əsas kursunu bitirib

2025/03/1742363894.jpg
Oxunub: 1076     09:57     23 Mart 2025    
İzmirdəki Yeni Foça Jandarma Komando Terrorla Mübarizə Məktəbi Komandanlığında 2545 mavi beretli kursant çavuş komando əsas kursunu bitirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“35-ci Dövr Jandarma Çavuş Komando Əsas Kursu” çərçivəsində 26 həftə ərzində sosial hadisələrə reaksiya, ünsiyyət, xəritə və silah bilikləri, partlayıcı maddələr, tələlərlə mübarizə və atış təlimi alan kursantların məzun olması üçün məktəbin tədbir sahəsində mərasim təşkil edilib.

Bir dəqiqəlik sükutdan və Türkiyənin dövlət himninin oxunmasından sonra çavuşlar komando andı içiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Komando  


Bizi "telegram"da izləyin