Almaniya ilk regional müdafiə diviziyasını işə salıb

2025/03/1742363091.jpg
Oxunub: 595     17:43     23 Mart 2025    
Almaniya Federal Müdafiə Nazirliyi ölkənin 6 min hərbi qulluqçudan ibarət ilk regional müdafiə qüvvələri diviziyasını qurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Berlindəki “Julius Leber” kazarmasında keçirilən mərasimdə bildirilib.

Almaniya Federal Müdafiə Nazirliyi verdiyi məlumata görə, diviziya Almaniyanın Regional Müdafiə Qüvvələrinin komandanlığını da öz üzərinə götürəcək.

Yeni bölməyə limanlar, dəmir yolu obyektləri, boru kəmərləri, yollar və körpülər kimi mühüm infrastrukturun mühafizəsi həvalə olunacaq, habelə zəruri hallarda regional müdafiə hərbi təhdidlərinə qarşı çıxmaq və potensial təcavüzkarların qarşısını almaq üçün istifadə olunacaq.

“Deutsche Welle”yə danışan alman hərbi mənbələrinə görə, terrordan müdafiə diviziyasının yaradılması planı ordunun digər üç diviziyasının yenidən NATO-nun şərq cinahına yerləşdirilə biləcəyi ehtimalına əsaslanır.

Nazirlikdən verilən məlumata görə, bölmənin hərbi qulluqçuları atıcılıq, partlayıcı qurğularla işləmə və ərazidə səmti müəyyənləşdirmək üzrə üç aylıq təlim proqramını başa vurub, bina və qurğuların mühafizəsi, habelə nəzarət-buraxılış məntəqələrində işləmə üzrə təlimlər keçiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN   Müdafiə-qüvvələri  


Bizi "telegram"da izləyin