Ordu.az xəbər verir ki, Rusiyanın genişmiqyaslı müdaxiləsinin başlanğıcından etibarən Ukrayna silah ixracını qadağan edib və təbii olaraq bütün tədarükləri Moskvanın hücumunu dəf etmək üçün öz səylərinə yönəldib.
İndi yayılan məlumatlar getdikcə məhdudiyyətlərin götürülməli olduğunu vurğulayır.
2024-cü ilin oktyabrında Ukraynanın müdafiə naziri Rustem Umerov müdafiə ixracına “yaşıl işıq” yandırmağı düşündüyünü, çünki bəzi ölkələrin Ukrayna raketlərini, pilotsuz uçuş aparatlarını və digər silahlarını almağa maraq göstərdiyini deyib.
Lakin ukraynalı nazirin sözlərinə görə, bu, dövlət rəhbərliyinin kollektiv qərarından asılıdır.
Müzakirələr tez-tez ən azı Ukraynanın öz insansız sistemlərinin ixracına icazə verilməsi ətrafında gedir.
Sevinc Əliyeva
Ordu.az