Ordu.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çinin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Van İ Yaponiyanın xarici işlər naziri Takesi İvaya ilə iki ölkə arasında iqtisadi dialoqa dair danışıqlar aparacaq.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, tərəflər üçtərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacaq, habelə regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Bundan başqa, Yaponiyanın bu ilin sonunda ev sahibliyi etməyi planlaşdırdığı növbəti liderlər sammitinin keçirilməsinin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi də müzakirə olunacaq.
Ordu.az