Ordu.az xəbər verir ki, bu müqaviləyə 2,45 milyon ədəd DM51 tipli əl qumbarası və DM82 tipli partlayıcı maddə daxildir.
Almaniya Bundestaqının Büdcə Komitəsi tərəfindən təsdiqləndikdən sonra 557.400 ədəd əl qumbarasından ibarət sifarişin birinci hissəsinin 2025-2027-ci illər arasında çatdırılması planlaşdırılır.
Büdcə Komitəsi bu tədarüklər üçün 45,4 milyon avro ayırıb.
2031-ci ilə qədər qüvvədə olan çərçivə sazişi üçün heç bir maliyyə limiti göstərilməyib. Bununla belə, hesablamalara görə, təxminən 2 milyon əlavə əl qumbarasının satın alınması üçün ən azı 155 milyon avro əlavə maliyyə tələb olunacaq.
DM51 tipli əl qumbarasının çəkisi modeldən asılı olaraq 450 və ya 154 qramdır, bunun 60 qramı partlayıcı maddədən ibarətdir.
Bundesverin standart əl qumbarası sayılan DM51 1974-cü ildən istifadə olunur. Ölümcül təsir radiusunun 10 metr olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az