Bloomberg: Britaniya və Aİ Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələri gücləndirir

2025/03/1742276076.jpg
Oxunub: 474     09:01     18 Mart 2025    
Böyük Britaniya və Avropa İttifaqı müdafiə xərclərini artırmaq üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı danışıqları gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Tərəflər Rusiyanın milyardlarla dollarlıq aktivlərinə həbs qoyulması üçün hüquqi və maliyyə əsaslarının necə təmin olunacağını müzakirə edəcəklər.

Məqalədə deyilir ki, dövlət toxunulmazlığı prinsipinin pozulmasından və avroya mənfi təsirindən ehtiyat edən bəzi Aİ ölkələrinin, məsələn, Belçika və Almaniyanın müqavimətinə baxmayaraq, danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

Agentliyin məlumatına görə, bu məsələ Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında çərşənbə axşamına planlaşdırılan danışıqlarda qaldırıla bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya     Rusiya  


Bizi "telegram"da izləyin